Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılıb.
Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb.
AZXEBER.COM-un məlumatına görə, bu xəbər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə yüzlərlə insan bu hadisəni qınayıb. "Tvitter"də isə bu günün trendi "Əsgər ölümünə son de" sözü olub. Yüzlərlə insan bu başlıqla tvit yazıblar.