Əsgər xidməti yoldaşını silahla vurdu

Əsgər xidməti yoldaşını silahla vurdu
Bütün Xəbərlər
17:27 18.02.2012
1702

Azərbaycan ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Milli ordunun əsgəri, 1989-cu il təvəllüdlü Elnur Dadaşovun əlindəki xidməti silahdan təsadüfən açılan atəş nəticəsində güllə onun hərbçi yoldaşı, 1992-ci il təvəllüdlü Sakit Abdullayevin ayağına dəyib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, S.Abdullayev Qusar, E.Dadaşov isə Salyan Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR