Hər iki şəxs elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.
Bakı Ağır cinayətlər məhkəməsində Sumqayıt sakinləri Zahid Məmmədovun və Pərvin Əhmədovun cinayət işinin baxışı başlayıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu il mayın 4-də, axşam saat 17 radələrində Zahid Məmmədovla Pərvin Əhmədov Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən çay evində olarkən, Pərvin birgə hərbi xidmətdə olduğu Bəhram Məmmədovun barəsində şəxsiyyətini alçaldan ifadələr işlətdiyi üçün, Bəhram telefon əlaqəsi saxlayıb, görüşmək üçün Sumqayıta gələcəyini deyib.
Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Bəhram Məmmədov saat 22 radələrində həmin çayxanaya gəlib, çatıb. Təxminən 10 dəqiqə oturandan sonra Bəhramla Pərvin qarşılıqlı razılığa əsasən, birlikdə çölə çıxaraq, əvvəlcə çay evi ilə üzbəüz yerləşən idman zalının qarşısında, sonra isə arxasında olan boş sahədə sözlə mübahisə edib. Zahid Pərvinin Bəhramla dalaşacağını güman edərək, dostuna kömək etmək qənaətinə gələrək, çay evinin mətbəxinə keçib və orada işləyən şəxslərin xəbəri olmadan uzunluğu 113 mm. olan məişət-təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb, çölə çıxıb və mübahisə edənlərə yaxınlaşıb.
O Bəhramın qolundan tutub getməsini tələb etdikdə, sonuncunun onun ünvanına nəlayiq söyüşlər söydüyünü bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Bəhramı öldürmək qərarına gəliblər. Bu niyyətlərini həyata keçirmək üçün Zahid yerdən götürdüyü daş parçasını 2-3 metr məsafədən qüvvətli zərbə ilə atıb, Bəhramın qulaqarxası nahiyyəsinə xəasət yetirib, Pərvin öz növbəsində təpik və yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vurub. Həmin zərbələrin təsirindən sonuncu yerə yıxılıb, ayağa qalxarkən Zahid bıçaqla ilk zərbəni Bəhrama sol bud nahiyyəsiə endirib. O yerə yıxılandan sonra ona növbəti zərbələri vuarndan sonra Zahidlə Pərvin hadisə yerindən uzağlaşıblar.
Mərkəzi şəhər xəstəxanasına çatdırılan Bəhram Məmmədov kəskin qanitirmədən dünyasını dəyişib, həmin gecə Pərvin Əhmədov Sumqayıt Pİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində ilkin olaraq CM-nin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb. Daha 2 gündən sonra axtarış tədbirləri nəticəsində Zahid Məmmədov tutulub və ona qarşı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqın yekununda hər iki şəxs elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.
Məhkəmənin ilk iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin nəticəsi barədə məlumat veriləcək.



