Əsgərimiz düşmənlə döyüşdə şəhid oldu

Əsgərimiz düşmənlə döyüşdə şəhid oldu
Bütün Xəbərlər
11:49 06.02.2015
1583

Nazirlik məlumat yaydı.

Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

OXŞAR XƏBƏRLƏR