Faktla əlaqədar araşdırma aparılır.
Azərbaycan əsgəri günvurmadan dünyasını dəyişməyib.
AZXEBER.COM xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən mətbuat xidmətindən bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər İmanov İman Fətəli oğlunun guya günvurmadan dünyasını dəyişməsi barədə məlumatlar yayılıb:
“Əslində isə tibbi ekspertizanın ilkin rəyinə əsasən əsgər İ.İmanov 15 iyul 2015-ci il tarixdə baş beyin kötüyündə törəmə (şiş) olması səbəbindən huşunu itirib. Dərhal tibbi yardımın göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”.
Faktla əlaqədar hazırda müvafiq qaydada araşdırma aparılır.