Azərbaycan Ordusunun əsgəri Əliyev İxtiyar Rizvan oğlu bu gün müalicə üçün Türkiyənin Gülhanə Hərbi Akademiyasına yola salınıb.
Bu barədə milaz.info portalına Salyan rayonundan hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib. Qeyd edək ki, 1992-ci ildə Sabirabad rayonunda anadan olmuş Əliyev İxtiyar Rizvan oğlu 2010-cu ilin oktyabr ayında Sabirabad rayon hərbi komissarlığından xidmətə çağırılıb. 2011-ci ilin iyulun 13-də xidmət etdiyi hərbi hissədə yıxılaraq boynu qırılıb. Bundan sonra o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirilib. Hospitalın əkim komissiyası əsgərin yalnız Türkiyədə müalicəsini mümkün hesab edib.
Noyabrın 2-də əsgərin babası Ələddin Nağıyev əsgərin müalicə üçün Türkiyəyə göndərilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. E.Məmmədovun sözlərinə görə, məktub nəticəsini verib və bu gün əsgər müalicə olunmaq üçün Türkiyəyə göndərilib.