Azərbaycan Ordusu daha bir əsgərini itirib. Milli Ordunun əsgəri 19 yaşlı İbrahimov Anar Malik oğlu Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb. O, hemorragik vaskulit xəstəliyindən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya faktı təsdiqləyiblər.