Türkiyədə sərxoş liviyalılar oteldə keçirilən toya hücum edərək qonaqları girov götürdü. Hadisə Antalya şəhəri Konyaaltı sahilindəki 5 ulduzlu otellərdən birində baş verib. Məlumata görə 10 gün əvvəl müalicə olunmaq üçün Antalyaya gələn liviyalı yaralı əsgərlər qaldıqları oteldə xına gecəsi keçirən qonaqlarla mübahisə etməyə başlayıb. Mübahisə zəminində baş vermiş qalmaqal nəticəsində 50-yə yaxın liviyalı əsgər otel təhlükəsizlik əməkdaşlarına xəsarət yetirərək əksəriyyəti qadın və uşaqlar olan qonaqları girov götürüb. Hadisədən dərhal sonra otelə çevik polis alayı cəlb edilib. Xəsarət alan təhlükəsizlik əməkdaşları isə xəstəxanaya çatdırılıb.