Əsgərlikdən yeni qayıdan gənc faciəvi şəkildə öldü

Əsgərlikdən yeni qayıdan gənc faciəvi şəkildə öldü
Bütün Xəbərlər
13:10 05.09.2012
2871
Ötən gün saat 12 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində inşa edilən stadionda 1991-ci il təvəllüdlü Orxan Aftandil oğlu Ramazanzadə qaldırıcı qurğudan yıxılıb.Məlumata görə, 21 yaşlı oğlan qurğunu təmir etmək üçün hündürlüyü təxminən 10 metr olan qaldırıcının üstünə çıxıb və oradan yıxılıb. O. Ramazanzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən gənc Bakı şəhər, Səbail rayon, Bayıl qəsəbə sakinidir. O, bir neçə ay əvvəl hərbi xidmətdən qayıdıbmış və çox keçmədən ailəyə kömək məqsədilə işləməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR