Eskişehir şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş panel-konfrans keçirilib

Eskişehir şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş panel-konfrans keçirilib
SOSİAL
14:04 13.04.2025
729
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Anadolu Universiteti və Eskişehir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərində yerləşən Anadolu Universitetində "Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.

Tədbir Türkiyə və Azərbaycan Dövlət Himnlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır çıxış edərək iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.

Açılış nitqləri ilə Anadolu Universitetinin prorektoru Yusuf Şimşek, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və "Eskişehir Azərbaycan Dərnəyi”nin sədri Cavid Aydın çıxış ediblər. Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.

Tədbirin davamında panel müzakirələrə start verilib. Paneldə Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Prof. Dr. Gökhan Güneysu və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Dr. Aydın Məmmədov təqdimatla çıxış ediblər. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub.
Panel-konfrans yerli ictimaiyyət və universitet tələbələri tərəfindən maraqla qarşılanıb. Tədbir təqdimatlardan sonra mövzu ilə bağlı sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2025-ci ilin 9 aprel tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində təşkil olunmuş analoji tədbirin davamı kimi baş tutub. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində keçirilən bu konfransların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu