Etibar Pirverdiyev cinayət məsuliyyətinə cəlb oluna bilər

Etibar Pirverdiyev cinayət məsuliyyətinə cəlb oluna bilər
SOSİAL
17:47 04.09.2018
4101
Mingəçevirdə baş vermiş enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Prezidentə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Beləliklə, Komissiyanın yekun rəyində qeyd olunan nöqsanlar nəzərə alınmaqla, Etibar Pirverdiyevin məsuliyyətə cəlb olunması gündəmə gəlir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Etibar Pirverdiyevin yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırdığını bildirib:

"Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qərq olan vaxt Pirverdiyevin alternativləri harada idi?!

Ayrılan pullar hara sərf edilib?! Ümumiyyətlə mən heç vaxt Pirverdiyevin işini qənaətbəxş hesab etməmişəm. Əgər Komissiya obyektiv araşdırma aparıbsa, onun əməlində təkcə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir.

Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilə bilər. Amma cənab Prezident əgər onu işdən azad etməklə kifayətlənibsə, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür”.

Ç.Qənizadə yeni təyin olunmuş Baba Rzayevin bu sahədə olan problemlərin öhdəsindən gələcəyinə inandığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
14:46 06.07.2026
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
14:34 06.07.2026
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama