Hakimiyyət korrupsiyaya qarşı mübarizə müstəvisində addımlarını davam etdirir. Bu barədə Dia.az-ın əldə etdiyi informasiyaya görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Sabunçu rayonu ərazisində əməliyyat keçirərək Sabunçu rayon elektrik şəbəkəsinin iki əməkdaşını rüşvət alarkən həbs ediblər.Əldə etdiyimiz məlumatın rəsmi qaynaqlar tərəfindən hələlik təsdiqlənməməsinə baxmayaraq, mənbəmiz iddia edir ki, həbs olunanlardan biri elektrik şəbəkəsinin rəis müavini postunu tutan İlham adlı şəxsdir:«Onunla bərabər idarənin Ceyhun adlı əməkdaşı da həbs olunub. Konkret vtəndaş şikayəti əsasında həyata keçirilən əməliyyat zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər vətəndaşın 1200 manatlıq işıqpulu borcuna görə, ondan 500 manat pul tələb ediblər və bunun qarşılığından həmin borcu siləcəklərini vəd ediblər. Vətəndaş isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin «Qaynar xətti»nə müraciət edib və əməliyat nəticəsində hər iki şəxs həbs olunub».Mənbəmiz onu da bildirdi ki, sözügedən idarədə yoxlamalar hələ də davam etdirildiyindən bu barədə məlumatların ictimaiyyətə çatdırılmasında yubanmalar ola bilər: «Ola bilsin ki, ümumiyyətlə, bu barədə xəbər verilməsin. Hər şey işin «gedişatından» asılıdır».