Etika Akademiyası İBS Group ilə əməkdaşlq memarandumu imzalayıb

GƏNCLİK
18:49 20.09.2014
4382

Bu gün Etika Akademiyası və İBS Group (İnternational Business Standarts Group ) arasındaəməkdaşlq memarandumu imzalanıb.

AZEXBER.COM-un məlumatına görə bu Memarandum əsasında Etika Akademiyasında Böyük Britaniyanın Kommersiya Menecmenti İnstitutunun (İnstitute of Commercial Management İCM ) proqramları üzrə eksklyuziv partnyoru oldu.

Yalniz Etika Akademiyasında İCM proqramlarının üzrə təhsil reallaşdırılacaq : İnsan Resurslarının idarə olunması , Marketing və satışın idarə olunması , Biznes Menecment , Müştəri xidmətləri , PR Menecment , İT və elektronika, Effektiv Danışıqlar , Jurnalistika və Media , Turizmde marketinq, Turizm üzrə Menecment, Turizmdə yüksək xidmət .

Bu əməkdaşlıq nəticəsində Etika Akademiyası ən mühüm və menecmentin Funksional sahələrini əhatə edən kvalifikasiyalar üzrə beynəlxalq statuslu Diplomlar təklif edir . Bu Diplomlar 130 müxtəlif ölkədə şirkət və müəssisələr tətəfindən tanınır. Kvalifikasiyalar tam akkreditə olunmuş nüfuzlu və tanınmış Birləşmiş Krallığın (UK Awarding body ) Mükafatlandırma Orqanı tərəfindən təqdim olunur.

Etika Akademiyasında ölkəni tərk etmədən , Beynəlxalq təlimçilərdən təhsil alaraq 3-12 ay müddətində 3 saat davam edən yazılı imtahandan sonra Böyük Britaniyanın aparıcı İnstitularının ixtisas sənədlərinə (Single Subject Diploma ) yiyələnmək imkanı yaradıldı. Təhsil ingilis, azərbaycan və rus dillərində apaılır.

Tədbirdə Etika Akademiyasının direktoru Gunel İbrahim və İBS Groupun direktoru Nuriyye Novruzova memorandum imzalayaraq gələcək birgə fəaliyyətlər barədə müzakirələr aparıldı. Xatırladaq ki, Etika Akademiyasi AGAT-ın ferdi inkişaf merkezidir.

OXŞAR XƏBƏRLƏR