“Etika Forumu-Bakı 2015”

GƏNCLİK
18:55 01.07.2015
3417
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən Etika Akademiyası fərfi inkişaf mərkəzi 1 iyul, 2015-ci il tarixində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Etika Forumu-Bakı 2015” Forumu həyata keçirdi.
Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsi üçün dövlət qurumları, kommersiya və ictimai qurumların öz dəstəyini verməsi olacaqdır
Tədbir 1 iyul, 2015-ci il tarixindən 3 iyul, 2015 tarixinədək davam edəcəkdir.
Forumun açılışını Etika Akademiyasının direktoru Günel İbrahim edərək qonaqları salamladı.
İlk çıxışı Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Vüsal Quliyev, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Fransanın Azərbaycandakı səfiri Paskal Mone, Milli Məclis aparat rəhbərinin xidmətinin məsləhətçisi Fərid Hacıyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə standartları qrupunun rəhbəri Firdovsi Mütəllimov, Koç sisteminin direktoru Ali Kutvan, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Bayram Vəliyev, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, Japon Tabacoo İnternational proyekt meneceri Əli Verdiyev etik normalar barədə çıxış edərək Milli Etiket ensiklopediyasının yazılması haqda öz zərurətlərini bildirdilər.

OXŞAR XƏBƏRLƏR