“Etika-Media Məktəbi”-nə start verildi

“Etika-Media Məktəbi”-nə start verildi
GƏNCLİK
16:46 25.04.2017
1818

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib gələrək maliyyələşdirdiyi, Gənclərin Sağlam İnkişafı İctimai Birliyinin təşkilatçı qismində iştirak etdiyi "Etika - Media Məktəbi” layihəsinə start verilib. 

Layihə koordinatoru Nailə Qasımovanın sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan mediasına yeni düşüncəyə malik və həmçinin dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır.

"Jurnalistikanın əsas məqsədi vətəndaşların cəmiyyətdə fəaliyyət göstərə bilmələri üçün onları dəqiq və etibarlı məlumatlarla təmin etməkdir. Güclü Media cəmiyyətdə maarifləndirmə işini irəliyə aparır və dayanıqlı inkişafı sürətləndirir. Medianın güclü olması jurnalistlərin öz işlərində peşəkar bacarıqlara və ümumi standartlara nə dərəcədə yiyələnmələrindən asılıdır. 

Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsindəki uğurları ölkədə internet istifadəçilərinin sayını artırmış, yeni saytların və internet portallarının meydana çıxmasına geniş şərait yaratmışdır. Hazırda gənclərin çoxu müxtəlif saytlarda çalışır və jurnalistika fəaliyyəti ilə məşğul olurlar”, - deyə Qasımova bildirib.

O? qeyd edib ki, "Etika - Media Məktəbi” layihəsi aprel və iyul aylarında Gəncə, Mingəçevir və Yevlax şəhərlərindən 100 nəfər gəncin cəlb edilməsi ilə təşkil olunacaq. Bundan başqa müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlər vasitəsi ilə jurnalistikaya dair müasir  bilik və bacarıqlar öyrədiləcək. Üç ay davam edəcək layihə boyunca iştirakçılar həmçinin tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarında təşkil olunan turlara da qatılmaq imkanı əldə edəcəklər. 

Layihədə iştirak etmək üçün əlaqə saxlaya bilərsiniz: 

E-ünvan: [email protected]
Telefon: (012) 436 49 67

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir