“Etimad dığarcıqları...”

“Etimad dığarcıqları...”
Bütün Xəbərlər
18:08 08.11.2013
1479

Dünya siyasəti hər gün, hətta deyərdim ki, az qala hər saat bizi öz maraqlı və heyrətamiz hadisələrinə qonaq etməkdədir.

O dayanmadan dəyişir, durmadan öz hiylələrini artırır və ələlxüsus da yeni dövr üçün belə deyək öz gələcək planlarını müəyyən edir.Hər halda düşünürəm ki, bu günə qədər həmin dünya və beynəlxalq aləmlə bağlı ən mücərrəd və kritik mülahizələri “Wikileaks “saytı ortaya çıxardı.Və heç şübhəsiz bu saytın sahibləri, stimulvericiləri özbaşına deyildi.Onlar idarə olunurdu, eyni zamanda dəqiq məlumat və informasiyalarla təmin edilirdi. Amma bir başqa nüans da vardı ortalıqda. Nə istəyirdi onlar? Bu məlumatları yaymaq nəyinə lazım idi onların? Və ən nəhayət kimə lazım idi? Sonucda hər şey bilindi.Amerikanın özünə lazımmış demə. Kəşfiyyat xarakterli məlumatların oğurlandığını bildirib, əslində isə bununla imitasiya edən Amerikanın özünə!.Bu fakt isə belə bir qənaət hasil edir ki elə Culian Asanc da onların öz layihəsi olub. Eynən bin Laden kimi. Və deyim ki, bu cür subyektlər, personajlar olmasa fövqəl-dövlətlərin sözün əsl mənasında işi getməz.Çünki dünya siyasətində lokomotiv rolu çox maraqlıdır ki, məhz bu cür subyektlərə verilib. Qəribə olan da budur.Və məsələ ilə bağlı son bir məqamı da deyim - daha doğrusu şəxsən mənim üçün ən yadda qalan məqamı: “Wikileaks”saytının rəhbəri Asanc son məhkəmələrin birində maraqlı bir ifadə işlətmişdi: Dünya sefeh dünyadır. Və bu dünyada hər şey gördüyümüzün əksidir. Mənimsə həmin dünyanın bütün sakinlərinə çatdırmaq istədiyim son dərəcə sadə bir mesaj var: Ey insanlar, əmin olun ki, sizlərin yalnız və yalnız- o da ən yaxşı halda - 2 faizi real gerçəkliklə yaşayır. Yerdə qalan 98 faiz isə böyük oyunçuların yönəltdiyi, istiqamətləndirdiyi fiqurlardır.Onlar ömürlərinin sonuna qədər agah olmayacaqlar ki, həyatlarında nə baş verir, niyə baş verir, necə baş verir...Ən əsas məqam isə ondan ibarətdir ki, haqqında danışdımız dünya öz etimad qüvvəsini çoxdan itirib və bu gün dost kimi, qardaş kimi, tərəfdaş kimi görünən dövlətlər əslində pərdə arxasında çox ciddi bir rəqabət yaşayır və bir-birinə qarşı kompromat istehkamı qurmaqda maraqlıdır....Əslində bu adamın dediklərində sözün əsl mənasında böyük bir həqiqət payı var. Hər halda belə olmasaydı, bəşəriyyəti lərzəyə salan bir çox hadisələri heyrət və maraqla, eyni zamanda davamlı olaraq izləməzdik. Məsələn sadə bir misal: Amerika - 11 sentyabr hadisələri. Bir an içində göydələnlər vurulur və bütün bəşəriyyətin diqqəti konkret bir məkanda pərçimlənir.Deyim ki, hadisənin mahiyyəti hələ də kimsəyə doğru-dürüst bəlli deyil. Amma artıq deyəsən sirrlər və gizlinlər çözülür. Bu yaxınlarda Fransadan sığınacaq alan Amerika kəşfiyyatının sabiq nümayəndəsi Kenet Feulson həmin hadisə ilə bağlı görün nə deyir: “İctimai rəyi özündən yayındırmaq üçün Amerika buna da getdi. Öz əli ilə iki möhtəşəm binanın və yüzlərlə insanın qatilinə çevrildi.Hələ də varlığı və yoxluğu bəlli olmayan bir mifin-Bin Laden əfsanəsinin davamını gətirmək üçün özunə son dərəcə müfəssəl bir bəhanə tapdı. Oysa əsl həqiqət bundan ibarətdir: Həmin təyyarələr kompüter sistemi ilə idarə olunur. Hətta ələ keçirildiyi halda belə xüsusi mexanizmlə bloka salınıb, kilidlənib kənardan yönləndirilməsi mümkündür.Amma məsələ burasındadır ki, təyyarədə ümumiyyətlə kamikadze-filan olayıb. Əsl kamikadzelər sağdır, vəzifə başındadır. Və bir gün əlimizdəki sənədləri açıqlamalı olsaq, inanın ki o zaman dünyanın siyasət tablosundakı bütün rənglər bir an içində dəyişəcək.Alın bu da sizə səmimiyət! Həm də dünyaya demokratiya dərsi keçən bir fövqəl-dövlətin öz vətəndaşına sərgilədiyi səmimiyyət! Və ya belə deyək: bunların deyəsən bu cür sentimental-psixoloji-mənəvi məsələlərdə heç bir ixrac-filan resursu yoxdur.Yalnız idxalla məşğuldurlar...Hamıya dərs verməklə, diqtə etməklə, hökm çıxarmaqla məşğuldurlar...***Keçən həftə dünya siyasətinin manşetləri daha bir maraqlı xəbərə qərq oldu: Amerika kəşfiyyatı tərəfdaş dövlətlərin izlənməsi ilə məşğul imiş. Həm də ölkə rəhbərləri səviyyəsində. Bu kontekstdə isə ən çox Almaniya kansleri Merkelin adı hallandı.Belə ki, Almaniya höküməti mətbuat xidmətinin rəhbəri Şteffan Zaybert açıq bir bəyənatla bildirdi ki, artıq əllərində izlənmə ilə bağlı əsaslı sübut və faktlar var. Eyni zamanda Amerika məsələ ilə bağlı izahat verməyə borcludur.Təbii, Barak Obama inkar elədi və belə bir şeyin mümkün olmadığını bildirdi. Amma hər halda Zaybert əsaslı sübutlar deyərkən boşu-boşuna danışmamışdı və ya onlarda məlumat var idi ki, Merkelin özəl danışıqları artıq Amerika kəşfiyyatının əlindədir...Alın, bu da sizə etimadın bir başqa təntənəsi! “Kişilər”bir yanda dünyanın taleyini həll edir, digər bir yanda isə qeyri-müəyyənlik sindromu yaşayır. Və Merkelin timsalında söylədiyim telefon söhbəti sadəcə bir nümunədir.Bir zamanlar müəmmalı təyyarə qəzasında həlak olan Lex Kaçinski də bu taleyi yaşamışdı, Ərdoğan üzərində də eyni ssenarini sınamışdılar, Fransanın eks Prezidenti Sarkozi də bənzər aqibətlə üzləşmişdi və s ilaxır. Yaxşı bəs məqsəd nədir, məram nədir? - Nüfuz savaşı, kompromat savaşı. Başqa heç nə! Bir-birini lazım gələndə islah edə bilsinlər. Vəssalam...Amma bütün bu söylədiklərimə rəğmən son dərəcə heyrət doğuran məqam bir də bilirsinizmi nədir? Bu dövlətlərin öz abırına kor olacaq yerdə, hələ kimlərəsə moizə oxumaları. Və ya bir başqasından etimad mühitini tələb etməsi. Bəzənsə hətta israr etməsi...Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda oldu. Daha sonra isə Ermənistanda. Təbii, növbəti turistik səfərlərdən biri idi. Və yenə də hərlənib-fırlanıb, yeyib-içib getdilər. Ortalığa da heç bir nəticə-filan qoymadan. Amma deyim ki, burada qeyri-adi bir şey axtarmağın özü də ayrı bir sadəlöhvlükdür. Niyə? Çünki artıq öyrəşmişik. Onların xislətinə, üslubuna, davranış tərzinzə öyrəşmişik.Sadəcə dərd burasındadır ki, əli ətəyindən uzun olan həmin dövlətlərin dilləri ilə dilçəkləri arasındakı ölçülər heç bir zaman taraz olmayıb. Amma buna qarşılıq həmişə özlərini başlarından və yaşlarından yekə aparmağa çalışıblar.İndi isə bizdən tələbləri budur ki, etimad mühiti yaradın. Ermənistanla növbəti dialoqa gedin və problemi çözün. Yaxşı bəs o zaman siz kimsiniz? Sizin təyinatınız nədir? Və ya problemi özümüz çözəcəyiksə, ATƏT və digər təşkilatlar niyə ortalıqda var-gəl edir? Məncə ilk öncə bu suala cavab vermək lazımdır. Və ya hər fürsətdə bir-birinə torba tikən, bir-birinii şantaj edən, bir- biri ilə qovğa içində olan dövlətlər hansı əsasla bizdən etimad mühiti tələb edirlər?Azərbaycanın mövqeyi bəllidir. Bu torpaqlar enində-sonunda azad olunacaq. Olunmalıdır! Amma eyni zamanda görünən də budurki, Azərbaycan xalqı və dövləti bu prosesdə öz müqəddəratını həll etmək üçün sadəcə və sadəcə müstəqil iradəsini və qətiyyətini ortaya qoymalıdır.Heç bir beynəlxalq təşkilatdan bizə gün ağlayan çıxmaz. Çünki onların öz gününə ağlayan lazımdır!

OXŞAR XƏBƏRLƏR