Ətin qiyməti dəyişəcək - Yeni qayda

Ətin qiyməti dəyişəcək - Yeni qayda
SOSİAL
21:36 01.06.2026
7909
Azərbaycanda kəsimxanalarda iribuynuzlu heyvan kəsiminə subsidiya və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Məqsədin həm bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, həm də sanitariya və qida təhlükəsizliyi standartlarına uyğun kəsim prosesinin genişləndirilməsi olduğu bildirilir. Bu addım qeyri-rəsmi kəsimlərin azalmasına və bazarda daha şəffaf mexanizmlərin formalaşmasına təsir göstərə bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında deyib ki, subsidiya və vergi güzəştləri kəsimxanalara və ümumiyyətlə iri buynuzlu heyvan kəsiminə çox müsbət təsir göstərəcək:

"Bu istiqamətdə fəaliyyət göstərən sahibkarların yükünün azaldılması və onların fəaliyyətinin dəstəklənməsi baxımından bu, çox ciddi addımdır. Lakin burada bir nüans nəzərə alınmalıdır ki, hazırda bu sistemin tətbiqində ciddi problemlər mövcuddur. Monitorinqlər aparılmalı və nəzarət mexanizmləri tətbiq olunmalıdır. Çünki bir çox hallarda ət kəsimxanaları formal xarakter daşıyır. Sahibkarlar sadəcə orada formal qeydiyyatdan keçərək prosesi yönləndirirlər. Bu isə qida təhlükəsizliyinin təmin olunması və kəsimin mərkəzləşdirilməsi baxımından uğurlu nəticələrin əldə edilməsinə ciddi maneələr yaradır. Nəzarət mexanizmlərinin tətbiqi subsidiyalar və vergi güzəştləri ilə paralel şəkildə dəstəklənməlidir. Vergi güzəştləri sahibkarlığın inkişafı üçün olduqca vacib faktordur və ən azı müəyyən müddət ərzində bazarda qiymətlərin sabit saxlanmasına, qiymət artımının qarşısının alınmasına təsir göstərə bilər. Bu proses formal xarakter daşımamalıdır. Ciddi nəzarət olmalıdır ki, sahibkarlar həm subsidiyalardan, həm də vergi güzəştlərindən istifadə etməklə yanaşı, real olaraq ət kəsimxanalarında fəaliyyət göstərsinlər. Yəni bütün iri buynuzlu mal-qaranın kəsimi məhz kəsimxanalarda həyata keçirilməlidir. Dövlətin burada əsas məqsədi ilk növbədə qida təhlükəsizliyini təmin etmək, ikinci isə mərkəzləşdirilmiş kəsim siyasətini həyata keçirməkdir. Hər iki məsələ ölkədə istehlakçıların keyfiyyətli ətlə təmin olunması baxımından ciddi nizam yarada bilər”.

O qeyd edib ki, qeyri-rəsmi bazar bununla tənzimlənə bilər və ümumi nəzarət qida təhlükəsizliyinin təmin olunmasına xidmət edər:

"Eyni zamanda sahibkarlıq subyektləri vergi güzəştləri hesabına bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirə bilərlər. Hazırda ölkəmizdə ət qıtlığı mövcuddur. Bununla bağlı xaricdən idxal həyata keçirilir. Lakin logistik xərclər və qonşu ölkələrdə ətin bahalaşması nəticəsində ölkəyə gətirilən məhsulun maya dəyəri yüksəlir. Bu isə bazarda qiymət artımına səbəb olur. Tələbatın yüksək olması da burada mühüm rol oynayır. Azərbaycanlıların qida rasionunda ət əsas yerlərdən birini tutur. Bu baxımdan yüksək tələbat və idxaldan asılılığın artması qiymətlərin ciddi şəkildə yüksəlməsinə gətirib çıxarır.

Qida təhlükəsizliyi standartlarına əməl olunması şərtilə kəsimin mərkəzləşdirilməsi baxımından bu qərar olduqca mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən subsidiyaların ayrılması və vergi güzəştlərinin tətbiqi kəsimxana fəaliyyətinin inkişafına və ət bazarının tənzimlənməsinə səbəb ola bilər. Bu isə hər bir dövlət üçün vacib məsələdir. Çox hallarda xəstə heyvanların və ya mənşəyi bilinməyən ət məhsullarının daxili bazara daxil olmasının qarşısı da bununla alına bilər. Qida bazarına nəzarət ölkənin milli təhlükəsizlik məsələləri içərisində mühüm yer tutur. Bu addım sahibkarlığın inkişafı ilə yanaşı, ət bazarında sabitləşdirici və tənzimləyici funksiyanı da yerinə yetirə bilər. Eyni zamanda qiymətlərə nəzarət imkanlarının yaranmasına səbəb olar. Bu qərar vacib və önəmlidir.
 
Əgər proses formal xarakter daşıyacaqsa, sahibkarlar yalnız kağız üzərində kəsimxanalarda qeydiyyatdan keçəcək, laboratoriyalardan rəsmi sənədlər alacaq, möhür vasitəsilə ətin sağlamlığını və mənşəyini təsdiqləyərək sadəcə vergi güzəştlərindən və subsidiyalardan yararlanmağa çalışacaqlarsa, bu, ciddi nəticələr verməyəcək”.

O diqqətəçatdırıb ki, ilk növbədə monitorinq və nəzarət sistemi tətbiq olunmalıdır:

"Kəsimxanalar real fəaliyyət göstərməli, gigiyenik və sanitar qaydalara əməl edilməlidir. Azərbaycan əhalisi təmiz, keyfiyyətli və sanitar normalara uyğun şəraitdə kəsilmiş ətlə təmin olunmalıdır. Eyni zamanda yerli ət bazarı və iri buynuzlu mal-qara sektoru inkişaf etməli, ölkə idxaldan asılı vəziyyətdə qalmamalıdır. Bu qərar həm insanların sağlamlığı, həm qida təhlükəsizliyi, həm də ət və iri buynuzlu mal-qara bazarının inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyır. Çünki bizdə də məlumatlar var ki, bir çox yerlərdə proses formal xarakter daşıyır və bu səbəbdən dövlətin qarşıya qoyduğu məqsədlərə çatmaqda müəyyən problemlər yaranır. Buna görə də nəzarət və monitorinq proseslərinin davamlı, hərtərəfli və ardıcıl şəkildə aparılması vacib elementlərdən biridir”.

Yeni qərar mənşəyi bilinməyən və xəstə heyvan ətlərinin satışa çıxarılmasının qarşısını alacaq. Dövlətin əsas hədəfi əhalini keyfiyyətli məhsulla təmin etməkdir. Layihənin kağız üzərində qalmaması üçün davamlı monitorinqlər aparılmalı, kəsimxanalar real olaraq gigiyenik qaydalara uyğun fəaliyyət göstərməlidir. Bu yanaşma yerli heyvandarlıq sektorunu inkişaf etdirərək ölkəni idxal asılılığından qurtara bilər.

Yəni, kəsimxanalar üçün nəzərdə tutulan vergi və subsidiya güzəştləri sayəsində ətin qiyməti sabitləşəcək, heyvanlar baytar nəzarəti altında kəsiləcək və vətəndaşlar mağazalardan tam təhlükəsiz, təmiz ət ala biləcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
09:57 31.10.2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
09:49 31.10.2026
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
09:41 31.10.2026
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
09:33 31.10.2026
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
09:28 31.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
09:26 31.10.2026
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
09:16 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
09:14 31.10.2026
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
09:05 31.10.2026
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb
08:21 31.10.2026
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb