Etiraz mənası ifadə edən sözlər işlədəndə telefonlar kəsilir

Bütün Xəbərlər
16:43 24.03.2011
2411

 Senzura sistemini genişləndirən Çin rəhbərliyi, minlərlə veb saytı qadağan edib. Hökümətin son hədəfi isə telefon danışıqlarında etiraz mənalı söz işlədənlərdir.

Azxeber.com-un məlumatına görə, Çində bir sıra internet resursları da senzuradan yan keçməyib. Bir neçə həftədir gmail.com hesabına daxil olmaq qadağan edilib. İstifadəçilər, vəziyyəti “Google” rəhbərliyinə bildiriblər. “Google” səlahiyyətliləri“Gmail”-lə bağlı nasazlıqların onların serverlərilə əlaqədar olmadığını və hökümət tərəfindən qadağan edildiyini açıqlayıblar.

Çin rəsmiləri “Gmail”-in qadağan edilməsi iddiaları ilə bağlı heç bir fikir bildirməyiblər.

Qeyd edək ki, baş verən hadisələrlə bağlı Çindəki internet saytlarının səhmlərində ciddi şəkildə artım nəzərə çarpıb.

 

OXŞAR XƏBƏRLƏR