Cümə günü ümummilli tətil səbəbindən Brüssel hava limanında (Belçika) azı 140 reys ləğv ediləcək.
Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Hava limanından bildirilb ki, yerüstü xidmətlə məşğul olan "Alyzia" şirkətinin əməkdaşları da etiraza qoşulacaqlar.
Belçika mediasının məlumatına görə, azı 140 reysin ləğv ediləcəyi gözlənilir. Hava limanının nümayəndələri bu rəqəmi təsdiqləməyiblər.
Qeyd edək ki, həmkarlar ittifaqlarının çağırışı ilə hökumətin büdcə kəsintiləri, pensiya sistemi və iqtisadi siyasətinə etiraz edən işçilər aksiya keçirirlər.
///report///











































