Etirazlara səbəb olan daha bir məktəb direktoru vəzifəsindən azad edildi – Təhsil Nazirliyi

Etirazlara səbəb olan daha bir məktəb direktoru vəzifəsindən azad edildi – Təhsil Nazirliyi
Bütün Xəbərlər
17:37 26.01.2015
2482
Təhsil Nazirliyi Saatlı rayonu Məzrəli kəndində yerləşən orta məktəbdə bu günlərdə baş verən etiraz aksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar AZXEBER.COM-un sorğusuna cavab verib.
“Bəzi KİV-də Saatlının Məzrəli kəndində sakinlər tərəfindən məktəbin mühasirəyə alınması və direktorun qovulması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Saatlı rayon təhsil şöbəsindən Təhsil Nazirliyinə verilən məlumata görə, Mehman Şükürov ötən ilin oktyabrından dekabrın 18-dək Məzrəli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib. Onun fəaliyyəti qənaətbəxş olmadığından, ciddi nöqsanlarla müşayiət olunduğundan tezliklə vəzifəsindən azad edilib. Məktəbdə yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması üçün 2014-cü il dekabrın 18-dən məktəbin direktoru vəzifəsi müvəqqəti olaraq Saatlı rayon təhsil şöbəsinin müdir müavini Şöhrət Bədəlova həvalə olunub. Hazırda məktəbdə ab-hava normaldır”.
Qeyd edək ki, Saatlı rayonu, Məzrəli kəndində kənd orta məktəbində müəllimlərlə valideynlər arasında problemlər yaranması səbəbindən ikincilər tərəfindən kənd məktəbinin mühasirəyə alınması və aksiya keçirilməsi ilə əlaqədar məlumatlar yayılmışdı. Nazirliyin bu məsələ ilə bağlı suallara isə cavabı belə olub:
“Eyni zamanda Saatlı rayon təhsil şöbəsindən bildiriblər ki, sakinlər tərəfindən məktəbin mühasirəyə alınması ilə bağlı xəbərləri müşayiət edən fotoşəkillərin Məzrəli kənd tam orta məktəbinə aidiyyatı yoxdur. Fotoda göstərilən məktəb ümumiyyətlə, Saatlı rayonuna aid deyil”.
Orxan
OXŞAR XƏBƏRLƏR