"Eurovision-2011" Milli Seçim Turuna bu gün yekun vuruldu. Ölkəmizi bu mahnı müsabiqəsində Eldar Qasımov və Nigar Camal cütlüyü təmsil edəcək. Cütlüyün adını İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov açıqlayıb.
5 iştirakçi Nigar Camal, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və İlhamə Qasımovanın qatıldığı final mərhələsi olduqca həyacanlı və maraqlı keçib. İştirakçılar 3 mərhələdə öz bacarıqlarını ortaya qoymağa çalışıblar. Xaricdən gələn qonaqların İfaları da konsertə xüsusi rəng qatıb.