“Eurovision-2012” Milli Seçim turunun 4-cü həftəsinin qalibi bəlli oldu

“Eurovision-2012” Milli Seçim turunun 4-cü həftəsinin qalibi bəlli oldu
ŞOU-BİZNES
12:21 24.12.2011
1926
Bu gün Milli seçim turlarının 4-cü həftəsində Azərbaycanı 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti qalib bəlli olub. AZXEBER.COM-un məlumatına görə, bu həftənin qalibi 12 səslə Fəqan Səfərov olub. Nəticə olunmamışdan əvvəl xalq artisti Faiq Ağayev maraqlı ifası ilə iştirakçıların həyəcanlı dəqiqələrini aradan qaldırıb. Daha sonra isə aparıcı Leyla Əliyeva bu həftənin qalibini elan edib. Nəticələrə görə Fəqan Səfərov 4-cü həftənin qalibi seçilib. Orxan Nəsibov 4 səslə 7-ci, Emin Həsən 5 səslə 6-cı, “Empathy” qrupu 7 səslə 4-cü, Renat Aslanov 3 səslə 8-ci, Nigar Babayeva 8 səslə 3-cü, Nadejda Mikayılova 10 səslə 2-ci, Kamran Əzizov 6 səslə 5-ci yerdə qərarlaşıblar.Gələn həftədən başlayaraq ifaçılar yenidən Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günündə İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnıları ifa etməlidirlər.
OXŞAR XƏBƏRLƏR