AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, 8 iştirakçı bu gün saat 21:00-da İctimai Televiziyanın canlı efirində yarımfinal mərhələsində son performanslarını göstərəcək. Final uğrunda Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparırlar. Bu 8 yarımfinalçıdan yalnız 5 nəfərin finala keçmək şansı var. Seçimlər izləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında aparılır. May ayının 22-si və 24-də “Eurovision 2012”nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. 57-ci “Eurovision” mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq.