"Eurovision 2012" müsabiqəsinin keçiriləcəyi kompleksin damı quraşdırıldı

MƏDƏNİYYƏT
14:59 10.01.2012
3116

Bakıda "Baku Crystal Hall" çoxfunksiyalı arenanın damının quraşdırılması başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, bu yer paytaxtda "Eurovision-2012" müsabiqəsinin keçirilə biləcəyi yerlərdən biridir.

Damın sağ tərəfi ötən ilin sonlarında, sol tərəfi isə bazar ertəsi quraşdırılıb.Kompleksin tikintisi prosesində iştirak edənlərin sayı 500 nəfərə yaxındır.Ümumilikdə, "Baku Crystal Hall"un tikintisi üzrə bütün işlər qrafikə uyğun aparılır.

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibi Almaniyanın məhşur "ALPİNE Bau Deutchland AG" şirkəti olub.:

OXŞAR XƏBƏRLƏR