"Həyat bir kinodur, ən maraqlı yerində bitir"

"Həyat bir kinodur, ən maraqlı yerində bitir"
MƏDƏNİYYƏT
16:42 03.09.2026
42
Bu gün mərhum Xalq artisti Yaşar Nurinin ad günüdür.

Xalq artisti Firəngiz Mütəllimova sosial media hesabında bununla bağlı paylaşım edib.

Aktrisa mərhurm həmkarı ilə olan fotolarına bunları yazıb:

"Yaşar Nuri. 75 yaş. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun, Yaşar. Allah əzizlərini qorusun. Nə gözəl deyirdin həmişə: "Həyat bir kinodur, ən maraqlı yerində bitir".

Qeyd edək ki, Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR