"Eurovision 2012" təmsilçilərini nə birləşdirir?

MƏDƏNİYYƏT
19:40 22.03.2012
2253
Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın "Eurovision 2012" təmsilçilərini birləşdirən bir neçə ortaq cəhət var. AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın builki təmsilçilərini birləşdirən ortaq cəhət onların "Eurovision" mahnı müsabiqəsi üzrə milli seçimlərdə ardıcıl iştirakıdır.Onların hər birinin ən böyük istəyi Avropanın məşhur mahnı yarışmasında ölkələrini təmsildir. Elə bu məqsədlə də müxtəlif illərdə müntəzəm olaraq ölkələrində keçirilən milli seçim turlarında iştirak ediblər.Azərbaycanın builki "Eurovision" təmsilçisi Səbinə Babayeva 2008-ci ildən 2011-ci ilədək 4 il ardıcıl olaraq milli seçim turlarında iştirak edib. Nəhayət, bu il arzusuna çatıb.Xorvatiyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Nina Badriç də bu istəklə 4 dəfə (1993, 1994, 1995, 2003) milli seçimlərdə çıxış edib.Belarusun məşhur "Litesound" qrupu isə 6 ildir ölkə təmsilçiliyi uğrunda gedən yarışlarda özünü sınayır. Nəhayət, bu arzu gərgin mübarizədən sonra bu il gerçəkləşib.Makedoniyalı Kaliopi 1996-cı ildə ölkəsini "Eurovision" səhnəsində təmsil etməyə nail olsa da, 2002-ci ildən yenidən bu arzu ilə milli seçimlərə qatılıb. Həmin ildən etibarən 2005, 2009 və 2011-ci illərdə Makedoniyanın milli seçimlərində iştirak edib. Bu il bu şərəfli ad ikinci dəfə ona həvalə olunub.Anri Coxadze 2008-ci ildən Gürcüstanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyir. Elə buna görə də 3 dəfə (2008, 2009, 2011) müsabiqə üçün keçirilən seçimlərdə olub. Lakin o, bu fürsəti məhz 2012-ci ildə əldə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb