“Eurovision-2012"nin milli seçim turunun 3-cü həftəsinə dünən start verilib. İctimai Televiziyadan verilən məlumata görə, bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalovdur. Milli seçim qaydalarına uyğun olaraq iştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim edəcəklər.
Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq.Xatırladaq ki, əvvəlki iki həftədə Orxan Kərimli və Mehriban Sadıqova yarımfinal mərhələsinə vəsiqə qazanıb.












































