"Eurovision-2012"nin rəsmi milli saytı hazırlanır

"Eurovision-2012"nin rəsmi milli saytı hazırlanır
ŞOU-BİZNES
02:27 18.12.2011
1249
"Eurovision Mahnı Müsabiqəsi-2012"nin rəsmi milli saytı yaradılır. AZXEBER.COM-un İctimai Televiziya və Radio Yayımları Şirkətinin saytına istinadən verdiyi məlumata görə, hazırda veb-saytın dizaynı üzərində iş gedir. Saytda (www.eurovision.az) müsabiqəyə hazırlıla bağlı ən son məlumatlar, milli seçim turlarına dair operativ xəbərlər, «Eurovision» mahnı müsabiqəsi haqqında reportajlar, foto və video materiallar təqdim olunacaq. "Eurovision» mahnı müsabiqəsinin rəsmi milli saytında xəbərlərlə yanaşı, həmçinin Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası və s. haqqında məlumatlar yer alacaq. Bununla yanaşı, müsabiqənin keçiriləcəyi paytaxt - Bakı şəhəri barədə turistlər üçün maraqlı və faydalı informasiya yerləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR