"Eurovision" Azərbaycana nə verəcək?

MƏDƏNİYYƏT
12:33 09.01.2012
2479
2012-ci il öhdəliklərlə daha böyük məsuliyyətlə həyatımıza daxil oldu. Geridə qalan ildə Azərbaycan bir çox nailiyyətlərə imza atdı. Şübhəsiz ki, bu nailiyyətlər sırasında ölkə həyatının bütün istiqamətləri təmsil edilib. Təkcə iqtisadi güclə deyil, mədəni sahədəki nailiyyətlərlə də bu ölkənin gələcəyini uğura aparmaq bizim əlimizdədir. Belə bir vaxtda 2011-ci ilin may ayında keçirilən “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar və Nigar (ELL və NİKİ ) “Runnig scared” mahnısı ilə qalibiyyəti Azərbaycana bəxş etdilər. 4 il ərzindəki ən böyük uğuru qazanmaq 2011-ci ildə Ell və Nikiyə qismət oldu. İndi bütün dünyanın gözü Azərbaycanın üzərindədir. Buna isə ötəri yanaşmaq olmaz. Bu qalibiyyətlə beynəlxalq arenadakı nüfuzumuz daha da artdı. İndi biz təkcə neftimiz, siyasi, idman sahəsindəki uğurlarımızlayox, həm də mədəni sahədəki uğurumuzla diqqətləri üstümüzə çəkmişik. Bu isə hələ başlanğıcdır. Belə ki,bu qalibiyyət “2012-Eurovision” Beynəlxalq mahnı müsabiqəsinin 2012-ci ilin may ayında Azərbaycanda keçirilməsinə səbəb oldu. Şübhəsiz, ölkənin qazandığı bu qələbə təkcə Eldar və Nigarın qələbəsi deyil, bu işdə əməyi olan hərkəsin qələbəsi oldu. Media işçiləri, müxtəlif nazirliklər, insan qrupları, təşkilatlar, təhsil ocaqları, ziyalı təbəqələr də bu uğurun səbəbkarlarıdır. Odur ki, 2012-ci ildə ölkəyə gələcək qonaqları razı salmaq da bizlərin öhdəsinə düşür. Unutmamalıyıq ki, ölkənin bu layihə ilə bağlı qazanacaqları da elə sonda bizə çatacaqdır. Belə ki, bu tədbirin keçirilməsi ilə əlaqədar ölkə büdcəsinə ciddi miqdarda vəsait daxil olacağı, ən əsası isə müxtəlif ölkələrdən çoxlu sayda turist cəlb ediləcəyi gözlənilir.Mədəni sahədəki inkişafla yanaşı, ölkə həyatının iqtisadi-siyasi sahədəki bu uğuru bir çox əhəmiyyətə malikdir. Əvvəla nəzərə almalıyıq ki, Azərbaycan Respublikası Ermənistanla müharibə şəraitindədir və erməni lobbisi xaricdə tərəfdaşlara sahibdir. Digər ölkələrin nümayəndələrinin buraya gəlməsi, onların bu ölkə haqqındakı təsəvvürlərində ağlasığmaz dəyişikliklər edəcəkdir. Artıq bunun təməli Eldar və Nigar tərəfindən qoyulmuşdur. Bu məsələnin siyasi sahədəki uğurlarından sadəcə biridir.Bu məsələ ilə bağlı iqtisadi sahədəki uğurlara gəldikdə isə ölkə həyatına hal-hazırda qoyulan investisyalar sonda ölkəyə güclü pul axını ilə geri dönəcəkdir. Ölkəyə daxil olan bu pullar isə gələcək nəslin daha sığortalı bir mühitdə böyüyüb yaşaması deməkdir. Bu cür iqtisadi artımı əldə edə bilmək üçün isə bütün bunlarla yanaşı, ölkəyə may ayında hətta daha erkən gələcək turistlərin maraq dairələrinin nələr olacağı müəyyən edilməlidir. Şübhəsiz ki bunlar ;1 Komfortlu ancaq qiymətdə münasib mehmanxanalar (otellər)2 Cəlbedici mənzərələr, həmçinin tarixi əhəmiyyət daşıyan yerlər  Gəlin turistlərin ürəylərini fəth edib ölkə iqtisadiyyatına qazanc gətirə biləcəyikmi? Əsas hazırlıq məsələlərindən biri də turistlərin qidalana biləcəkləri obyektlərdir. Belə ki, bütün restoran, kafelərdə vəziyyət qaneedici deyil. Təsəvvür edin ki, bir neçə turistin qidadan zəhərlənməsi ölkənin turizm həyatına necə təsir edə bilər. Unutmamalıyıq ki, iştirakçılarla , turistlərlə birgə ölkəyə həm də bu dövlətlərin mətbuat nümayəndələri də gələcək. Şübhəsiz ki , ölkədə keçirilən bu müsabiqəni dünya dövlətləri canlı yayımla izləyəcəklər. Müsabiqə ilə yanaşı bu jurnalistlər ölkənin ümumi ab-havası ilə bağlı tam təsəvvür də yaradacaqlar. Odur ki, həm dəı bunları nəzərə alan Gənclər və İdman Nazirliyi 2011-ci ilin dekabr ayından etibarən “ Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə könüllü elanı verib. Elanda 2012-ci ilin əvvəllərindən etibarən könüllü kimi seçilən gənclərin yüksək təlimdən keçiriləcəyi bildirilib.  Xatırladaq ki, 1955-ci ildə Eurovision yarışmasının keçirilməsi ilə bağlı yaranan ideyalar İtaliyada keçirilən mövcud “SAN-REMO “ musiqi festivalına əsaslanırdı. İlk yarış 24 may ,1956-cı il tarixində İsveçrədə baş tutulması qərara alındı. İlk dəfə 2 mahnı ilə 7 ölkə qatılsa da, illər keçdikcə iştirakçıların sayı artdıı, mahnı sayı isə birə endirildi. Nəhayət, 2004-cü ildə Eurovision yarışması yarım final və final hissələrinə bölündü. Finala birbaşa keçmək hüququ isə ev sahibinə və böyük 4-lüyə ( Böyük Britaniya , Fransa ,Almanya,İspanya ) məxsusdur.Qeyd edək ki, Abba, Selin Deon, Sertab Erener və bir çoxları bu müsabiqədən sonra daha da məşhurlaşdılar.Gülnarə BAYRAMOVA

OXŞAR XƏBƏRLƏR