“Eurovision” əleyhinə disk yayanlar tutuldu

“Eurovision” əleyhinə disk yayanlar tutuldu
Bütün Xəbərlər
13:05 22.05.2012
1332
Azərbaycanın Sumqayıt şəhərində dindarlara qarşı xüsusi əməliyyat keçirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərindəki “İslam” mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb.Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub.Qeyd edək ki, Bakı və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və disklər yayılıb.Disklərin İranda hazırlandığı ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR