'Eurovision' ərəfəsində Bakıda terror aktı olacaq? - HƏDƏ
Bütün Xəbərlər
16:55 12.04.2012
2484
MTN: “Heç bir ekstremist qüvvə bu mahnı müsabiqəsini poza bilməyəcək”Azərbaycanda dini ekstremistlər Bakıda 22-26 may tarixlərində keçirilməsi planlaşdırılan “Eurovision” mahnı müsabiqəsinin iştirakçılarına hücum edəcəkləriylə hədələyiblər.Bu barədə Rusiyanın “İnterfaks” xəbər agentliyi dini saytlardan birinə istinadən məlumat yayıb. Xəbər agentliyinin verdiyi məlumata görə, 8 apreldə həmin internet resursunda hansısa Müslim adlı istifadəçi “Eurovision”u “müsəlmanlar üçün qorxulu yuxu” adlandırıb. O, müsabiqənin iştirakçılarını “pozğun”, “homoseksual” adlandırıb və onları hücum etməklə hədələyib.“Heç bir ölkə terror hücumundan sığortalanmayıb”. Aprelin 12-də açıqlamasında Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib.Arif Babayev qeyd edib ki, onlar hər zaman terror və onu dəstəkləyən qurumlara qarşı mübarizə aparırlar: “ Bizim yayılan o, informasiyadan xəbərimiz var. Müvafiq qaydada bu yöndə işlər görüləcək. Biz çalışacağıq ki, “Eurovision” ərəfəsində təhlükəsizliyi tam təmin edək. Buna da bizim gücümüz çatır. Heç bir ekstremist qüvvə bu mahnı müsabiqəsini poza bilməyəcək”.