''Eurovision'' iştirakçımızın toyunda qadağa qoyuldu

MAQAZİN
09:05 15.09.2012
2883
“Eurovision 2012” təmsilçimiz Səbinə Babayevanın İctimai televiziyada rejissor vəzifəsində çalışan Cavidan Şərifovla ailə quracağı artıq məlumdur.
Cütlüyün toy mərasimi sentyabrın 26-da paytaxt restoranlarının birində baş tutacaq. Toya mədəniyyət və incəsənət xadimləri, ölkənin tanınmış simaları, cütlüyün yaxınları və dostları dəvət alıblar.Bu barədə məlumatı C.Şərifovun özü bildirib. O, S.Babayeva ilə tanışlıq tarixçəsini də danışıb: “Ümumiyyətlə, Səbinə Babayevanı caz ifaçısı kimi çoxdan tanıyıram. Amma Səbinə xanımın bir neçə dəfə “Eurovision” müsabiqəsinin seçim turlarına qatılması yaxın tanışlığımıza səbəb oldu. İki ildən çoxdur ki, onunla səmimi münasibətimiz var. Amma evlənməyimizə qərarı 6-7 ay əvvəl vermişik.Zaman keçdikcə bir-birimizi daha yaxından tanımağa başladıq, səmimi hisslər və münasibətlərin sonu yaxşı qərarla yekunlaşdı. Ona evlənmək təklifini özüm etmişəm. Yəni ki, milli adət-ənənəmizə uyğun olaraq, anamı onlara yolladım, xeyir-duasını aldı və beləliklə, ailə quracağımıza qərar verdik”.C.Şərifov nişanlısı arasında yaş fərqinə görə heç bir narahatlıq keçirmədiyini deyib: “Əksinə, bizim aramızda olan yaş fərqi mənim üçün müsbət enerji kəsb edir. Bu, mənə çox xoşdur. Səbinə 1979-cu ildə, mən isə 1985-ci ilə doğulmuşam”.Təzə bəy onu da qeyd edib ki, toy üçün xüsusi, qeyri-adi heç nə hazırlamayıblar:“Sırf milli adət-ənənələrimizə uyğun toy olacaq. Toyun aparıcılarını hələ dəqiqləşdirməmişik. Amma toya Azərbaycanın məşhur mədəniyyət və incəsənət nümayəndələrini dəvət etmişik. Bəy və gəlin paltarı sifariş olunub”.C.Şərifov KİV-in toyu işıqlandırmasını istəmədiyini və buna görə özü jurnalistlərin iştirakına qadağa qoyacağını söyləyib: “Şəxsi həyatıma müdaxilələri sevmirəm, bunu müsbət qarşılamıram. Amma pis də qəbul etmirəm. Həyatımda olan xüsusi bir gündür ki, orada hər ikimizin ailələri toplaşacaq və bu baxımdan jurnalistlərin orada olması narahatlıq yaradar. Ona görə də toyun keçiriləcəyi şadlıq sarayının yerini gizli saxlayırıq”.

OXŞAR XƏBƏRLƏR