"Eurovision" proqnozları alt-üst olan Zirəddin danışdı

"Eurovision" proqnozları alt-üst olan Zirəddin danışdı
ŞOU-BİZNES
06:22 04.06.2011
1887
Son günlər “Eurovision” müsabiqəsi haqda səhv proqnozları ilə gündəmdə olan Zirəddin Rzayev açıqlama verdi:

“Təəssüflər olsun ki, bizim bəzi jurnalistlər başqalarının adından istədiklərini yazırlar. Nəyə istəsəniz and içə bilərəm ki, Aynişanın finala çıxaraq nəticədə Azərbaycana qalibiyyət gətirəcəyi barədə heç nə deməmişəm”.

O, səhv proqnozu barədə etiraflar da etdi:

“Etiraf edirəm ki, Azərbaycanın qalib olacağını əvvəlcədən bilmirdim. İnsan faktoru olan hər bir işdə səhvlər ola bilər. Adi insan olaraq isə, mənə elə gəlirdi ki, bu il şansımız o qədər də yüksək deyil”.

 

OXŞAR XƏBƏRLƏR