'Eurovision' qonaqları üçün 500 London taksisi ayrılacaq
Bütün Xəbərlər
13:05 03.04.2012
1263
"Eurovision - 2012" mahnı müsabiqəsində paytaxta gələn qonaqlara xidmət göstərmək üçün 500 bənövşəyi London taksisinin ayrılması nəzərdə tutulur.AZXEBER.COM-un məlumatına görə “Bakı Taksi” MMC şirkətinin direktoru İlqar Qasımov bildirib ki, bu barədə artıq təşkilatçılarla şifahi razılıq əldə olunub. Hazırda müqavilə hazırlanır və əgər ehtiyac olarsa, taksilərin sayı artırılacaq.Taksilərdə printerli taksometrlərin quraşdırılmasının da gündəmdə olduğunu deyən şirkətin direktoru bu istiqamətdə də müvafiq addımların atıldığını vurğulayıb. Bundan başqa, fəaliyyət göstərən taksilərdən 50-də gediş haqqının plastik kartlarla ödənilməsinin tətbiqinə də başlanılıb. Artıq bu xidmətdən istifadə edən sərnişinlərin sayı artmaqdadır. Digər 450 taksidə isə pos-terminalın proqram təminatı üzərində iş gedir.