‘Eurovision’un keçiriləcəyi ‘Kristal Zal’ın məzəli görüntüləri yayımlandı - VİDEO

MAQAZİN
17:19 28.03.2012
4599

“Eurovision”un rəsmi Fan Klubu və DJ Fateh "Kristal Zal" (“Crystal Hall”) ilə bağlı reportaj hazırlayıb. AZXEBER.COM-un məlumatına görə, reportajda “Crystal Hall”ın ən son görüntüləri yer alıb. DJ Fateh, Rəvan və Fan Klubun üzvlərindən biri Fidan reportaj zamanı “Crystal Hall” ilə bağlı bütün məlumatları araşdırıb və bölüşüblər.“Crystal Hall”ın konstruksiyası və dizaynı haqqında layihənin direktoru, Günter Vikhing ətraflı məlumat verib. Onun sözlərinə görə, bu zalın konstruksiyası və dizaynı gələn qonaqları heyran edəcək. Bu reportajda bütün konstruksion mövzulara toxunulub.Reportaj bədiiliklə yanaşı, maraqlı və əyləncəli şəkildə çəkilib. Bu indiyədək “Crystall Hall” haqqında çəkilmiş ən iri həcmli və ətraflı məlumatı özündə daşıyan videodur. “Crystal Hall” haqqında olan bu video reportaj “Eurovision” rəsmi Fan Klubu, DJ Fateh və Manpası-nın Facebook sosial şəbəkəsindəki rəsmi səhifələsində paylaşılıb.Nəzərinizə çatdırmaq istərdik ki, “Eurovision”un Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb və hal-hazırda Fan Klub tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz “Eurovision 2012”yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.

OXŞAR XƏBƏRLƏR