"Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədəki son paylaşdığı görüntülər müzakirələrə səbəb olub.
Çimərlik geyimində çəkilmiş videosunu paylaşan müğənni onu tənqid edənlərə səslənib: "Əslində, insan ətrafa qarşı qulağını tutub, gözünü yumduğu zaman xoşbəxtdir. Kiminsə dediklərinə, düşündüklərinə fikir verməyəcəksən. İnsan sadəcə gördüyü qədər və öz düşüncəsinə görə sizi mühakimə edəcək. Yaşayın, sevin və xoşbəxt olun. Həyat çox qısadır. Sadəcə, yaşayarkən başqalarını incitməyin. Ən önəmlisi də budur. Bir də siz özünüz bilirsiniz, siz necə insansınız, başqaları nə düşünərsə, qələt edir”. /// lent.az