Mayın 17-də "Eurovision" xəbərlərini yayan bir neçə sayt xaker hücumuna məruz qalıb.
"Eurovision.az" və "eurovision.ann.az" saytları özlərini "Azadlıq Fədailəri" adlandıran xaker qrupu tərəfindən dağıdılıb. "Eurovision.ann.az" saytına mərhum yazıçı Rafiq Tağının şəkili yerləşdirilib.
Məsələ ilə bağlı saytın rəhbəri Zahid Əzəmət bildirib ki, təxminən saat 13:00-da “ANN.az” saytına İran hakkerləri tərəfindən hücum olunub: “İlk öncə saytın Azərbaycan, daha sonra rus versiyası dağıdılıb. Saytın əsas səhifəsində özlərinin Azərbaycan fədailəri kimi təqdim dən dəstə tələblərini, “Evrovision” əleyhinə şüarlar və qətlə yetirilən yazıçı Rafiq Tağının şəklini yerləşdiriblər. Hazırda proqramçılar problemin həlli ilə məşğuldurlar. Yaxın bir neçə saat ərzində problemin həll olacağına ümid edirik”.
Saytda aşağıdakı informasiya yerləşdirilib:
“Əliyev rejiminin Azərbaycan fədailəri müqavimət dəstəsinin “Evrovision” müraciətindəki ultimatumuna biganə yanaşmasına cavab olaraq, Cyber Döyüşçüləri Azərbaycan Fədailəri Müqavimət Dəstəsinə dəstək verərkən bu veb-saytı sıradan çıxardı. AMDFin tələbi “Evrovision” və gey paradı ləğv etdirmək, əks təqdirdə Əliyev rejiminin qurtaracağı yoxdur”.