Ötən gün Binəqədi rayonunda bir nəfəri elektrik cərəyanı vurub öldürüb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt sakini Aytən Hüseynovanın evində təmir işləri aparan Hövsan qəsəbə sakini Şəbruz Valehovu elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.