Bakıda yenidən maşınların evakuasiyasına başlanıb.
AZXEBER.COM xəbər verir ki, bu gün səhər saatlarından etibarən şəhərin mərkəzi küçələrində evakuasiya maşınları görünüb. Onlar yanlış ərazidə dayanan avtomobilləri cərimə meydançasına aparıblar.
Xatırladaq ki, dünən mətbuatda ötən həftədən etibarən paytaxtda maşınların evakuasiyası dayandırılması haqda xəbər yayımlanmışdı. Məlumatda qeyd olunurdu ki, bunun səbəbi, əhalinin ciddi narazılığıdır.


