AZXEBER.COM portalı Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Samsun şəhərində yetkinlik yaşına çatmayan 2 qıza təcavüz edən Ü.T saxlanılıb. İddiaya görə, Ü.T 10 gün bundan öncə, evdən qaçan 13 yaşlı S.Y-ni və 11 yaşlı D.K-nı maşınına mindirərək onları Yılanlıdere adlı yerə aparıb. Bundan sonra hər iki qıza təcavüz edən Ü.T hadisə yerindən qaçıb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Ü.T saxlanılaraq polis bölməsinə gətirilib. Dindirmələr zamanı təqsirləndirilən Ü.T, iddiaları qəbul edib.
Polis həbs edilən şəxsin daha öncələr də, təcavüzdən məhkumluq həyatı yaşadığını açıqlayıb.
Faktla bağlı geniş araşdırmalar aparılır.