Evdə COVİD-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Yeni Qaydalar

Evdə COVİD-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Yeni Qaydalar
MANŞET
14:41 01.07.2020
22934
Son vaxtlar ölkədə COVİD-19-a yoluxan şəxsin müraciət edəcəyi ünvanla bağlı bəzi anlaşılmazlıqlar yaranıb. Evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs bu vaxta qədər təcili tibbi yardım briqadasına müraciət edirdisə, hazırda bu qaydalar dəyişilib.

Bəzi vətəndaşlar özündə virus olduğunu ehtimal etdiyi halda xəstəxana və poliklinikalara və digər tibb müəssisələrinə müraciət edir, bəziləri isə ümumiyyətlə bu simptomları hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə ölkədə virusa yoluxma halları artmaqda davam edir.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov məsələ ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, indiyədək simptomu olan xəstələr COVİD-19 testi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət edirdilərsə, indi bunun tətbiq ediləcəyi ardıcıllıq dəyişdirilib: "Artıq özündə COVİD-19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaqlar. Bir çoxları sahə həkiminin də telefon nömrəsini bilir, onunla da əlaqə saxlamaq olar".

N.Zeynalov qeyd edib ki, Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVİD məntəqəsi yaradılıb: "Özündə COVİD əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək.
Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq".

Nadir Zeynalov deyib ki, özündə COVİD-19 əlamətləri hiss edən şəxs poliklinikaya gələrsə, orada da ona təcili xidmət göstəriləcək: "Həmin şəxslər yoxlanılaraq COVİD məntəqəsinə göndəriləcəklər. Bu məntəqələr ya ayrı bir tikilidə, ya da poliklinikaların ayrı bir girişində olacaq. Bu, ona görədir ki, COVİD-19 xəstələrinin digər insanlarla ünsiyyəti baş verməsin. Həmin məntəqələrdə belə xəstələrin müayinəsi aparılacaq, vəziyyəti qiymətləndiriləcək və test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqlar.

Aparat rəhbəri bildirib ki, ev şəraitində müalicə olunan COVİD-19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir:

"Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır və belə xəstələr iltizamnaməyə qol çəkirlər. Bu cür xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər".

N. Zeynalov evdə müalicə olunan xəstələrə dərman preparatlarının da pulsuz çatdırıldığını deyib: "Evdə müalicə olunan COVİD-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Əgər şəxsin COVİD-19 a yoluxma faktı təstiqlənibsə, qeydiyyata alınıbsa, bu dərmanlar ona çatdırılacaq. Ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq. Ev şəraitində müalicə edilənlər COVİD-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir".

Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicəsi nəzərdə tutulur. O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
21:25 26.10.2026
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
21:19 26.10.2026
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
21:14 26.10.2026
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
21:10 26.10.2026
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
21:04 26.10.2026
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
20:59 26.10.2026
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"
20:55 26.10.2026
Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
20:48 26.10.2026
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
20:42 26.10.2026
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
20:37 26.10.2026
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul ediblər
20:35 26.10.2026
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul ediblər
Sabah 30 kənddə qaz olmayacaq
20:30 26.10.2026
Sabah 30 kənddə qaz olmayacaq
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
20:27 26.10.2026
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:17 26.10.2026
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
20:13 26.10.2026
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb