''Evdə qadın alt paltarı var idi'' - Müğənni ərindən boşanan qadın

DÜNYA
17:38 24.01.2018
5755
Müğənni Coşqun Sabah ilə keçmiş Türkiyə gözəli Ceyda Sabahın 19 illik evlilikləri keçən ilin may ayında bitmişdi.

Ancaq Ceyda Sabahın boşanma müddətində etdiyi gizli basqın başına bəla olub.

Ceyda Sabah ötən il ərinin evdə unutduğu mobil telefonuna gələn sevgi mesajlarını görüncə dəliyə dönüb, boşanma qərarı vermişdi. Yenidən bir səhər ərinin mobil telefonuna baxarkən Etilərdəki mənzilində bir qadınla görüşdüyünü öyrəndi və tədbir görməyə qarar verdi. Özü ilə çilingər Süleyman Akkayanı da aparan Ceyda Sabah evə basqın edib.

Ceyda Sabah Coşqun Sabahın kirayə verdiyindən xəbərdar olmadığını iddia etdiyi mənzilin qapısını çilingər Süleyman Akkayaya açdırıb. Ancaq içəridə ərini tapa bilməyib. Üstəlik, Ceyda Sabah basqın etdiyi mənzildə kirayədə qalan Mustafa Kayışoğlunun şikayəti ilə üz-üzə qalıb.

Keçmiş model məhkəmədə ifadəsi zamanı: "Evdə kirayə qalan olduğunu bilmirdim. Ona görə çilingərlə içəri girdim. Mənzildə qadınlara aid alt paltarları gördüm'' deyib.

Məhkəmə Ceyda Sabah və çilingər Süleyman Akkaya haqqında bəraət qərarı verib. Ancaq Coşqun Sabahın yaxın dostu olan keçmiş kirayəçisi Mustafa Kayışoğlu qərara etiraz edib və məhkəmənin qərarına yenidən baxılacaq.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR