Azərbaycanda hazırda fəaliyyət göstərən qida şirkətlər arasında insan sağlamlığına ziyan olan məhsullar istehsal olunur. Bu məhsullar həm içki, həm də yeyinti sektorunda özünü göstərir.
Tanınmış psixoloq Elmir Əkbər ötən il ABŞ Mərkəzində ən böyük spirtsiz içkilərdən bir olan “Coca-Cola”nın zərərlərindən bəhs edən mühazirə deyib. AZXEBER.COM portalı məsələ ilə bağlı Elmir Əkbərlə əlaqə saxlayıb. Tanınmış psixoloq və araşdırmaçı Coca-Cola ilə bağlı arşadırması haqda məlumat verdi:
"Mən bu məhsulları qlobalizasiyanın ən mənfi ünsürlərindən biri adlandırardım. Azərbaycanda “Coca-Cola” şirkətinin məhsullarına rəğbət daha çox üstünlük təşkil etdiyi halda dünyada, Avropada, xüsusən də ABŞ-da bu belə deyil. Rusiyanın özündə belə “Coca –Cola”, “Fanta” , “Sprite”ın orta məktəblərdə satışına rəsmi qadağa qoyulub. Ancaq Azərbaycanda vəziyyət tam başqa cürdür. Belə ki, burada maddi maraqlar insan sağlamlığından yüksək tutulur. Vətəndaşlar bilməlidirlər ki, Azərbaycanda satışa verilən qeyri-spirtli içkilər arasında “Coca-Cola”, “Sprite” və “Fanta” ən zərərliləridir. Bu içkilərin tərkibi gizli saxlanılır. Ən vacib məsələ isə bu içkilər insanda asılılıq yaradır. Ümumiyyətlə, əgər hər hansı bir məhsul satılırsa, bunun 2 səbəbi var. Birincisi mal keyfiyyətlidir, ikincisi yaxşı reklam olunur. Coca-Cola kimi adını sadaladığım içkilər reklam hesabına fəaliyyət göstərən məhsullardır. Evdəki kompot “Coca-Cola”dan milyon dəfə xeyirlidir və zərərsizdir. “Coca-Cola”nın insan həyatına verdiyi zərərləri isə sadalamaqla bitirmək olmaz.
Elmir Əkbər "Coca-Cola"nın zərərlərini sadalayıb:
1.İnsan bədənindən kalsium, fosforu uzaqlaşdırır.
2.Əzələlərə ziyan verir.
3.Bəd xassəli şişlər və əsəb xəstəliyi yaradır.
4. Üz dərisinin korlanmasına səbəb olur.
5. Əqli inkişafa zərər verir.
6.Pataloji piylənmə yaradır.
7.Beynə ciddi ziyan verir.
Üstəlik bu məhsulların kalorisi də yüksəkdir.
Mövzuya yenidən qayıdacağıq...
Gülnarə Bayramova