Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
KRİMİNAL
11:08 11.06.2026
192
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR