Evdən qaçan qızı polis tapdı

Evdən qaçan qızı polis tapdı
Bütün Xəbərlər
11:29 05.09.2015
1894

Bakıda evdən qaçmış qız tapılıb.

AZXEBER.COM xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az- a verilən məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan 1995-ci il təvəllüdlü Xumar Süleymanova sentyabrın 4-də saat 12 radələrində bir daha geri qayıtmayacağı barədə məktub yazaraq evdən gedib.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xumar Süleymanova tapılaraq ailə üzvlərinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR