Əvəz Zeynallının məhkəməsində qalmaqal

Əvəz Zeynallının məhkəməsində qalmaqal
Bütün Xəbərlər
17:10 16.01.2013
972

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə ötən iclas zamanı Ə. Zeynallı tərəfindən verilən vəsatətlər müzakirəyə çıxarılıb. Ə. Zeynallının Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun şahid qismində yenidən məhkəməyə gəlməsi və yalan ifadə verdiyi üçün barəsində tədbir görülməsi barədə vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, vəsatət əsassız olduğu üçün təmin olunmamalıdır. Hakim həmin vəsatətin təmin olunmadığını elan edib. Daha sonra ibtidai istintaqı aparan müstəntiq Qalib Qasımovun məhkəməyə şahid qismində çağırılması haqda vəsatət müzakirə olunub. Bu dəfə də dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. Bu zaman Ə. Zeynallı əsəbiləşərək əlində olan Cinayət Prosessual Məcəlləsini dövlət ittihamçısının ayağının altına atıb və ondan məcəlləni tapdalamağı tələb edib. Ə. Zeynallı bildirib ki, dövlət ittihamçısı onun işinə qərəzli yanaşır. Hakimlər Ə. Zeynallını sakitləşdirməyə çalışıblar və bildiriblər ki, məhkəmə son qərarında bütün ifadələrə qiymət verəcək. Ə. Zeynallı isə bildirib ki, onun verdiyi vəsatətlər əsassız olaraq təmin olunmur. Bundan sonra Ə. Zeynallı məhkəmə zalından çıxarılmasını tələb edib. Onun tələbi yerinə yetirilib və prosesə 10 dəqiqəlik fasilə verilib. Fasilədən sonra isə katib məhkəmənin təxirə salındığını, növbəti prosesin vaxtı barədə sonra məlumat veriləcəyini deyib. Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib