Bu barədə Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Kənd sakini Qadir Göyçəyevə məxsus ümumi sahəsi 192 kv.m olan 2-mərtəbəli 6-otaqlı evdə yanğın baş verib. Nəticədə, 2-ci mərtəbədə 96 kv.m sahədə 4 otağın yanar konstruksiyaları tam yanıb. Bunu görən ev sahibi Qadir Göyçəyev həyəcanlanaraq infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.