AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, fərdi yaşayış evinin giriş hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən evin giriş hissəsində uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib.











































