Evin tək uşağı əsgərliyə aparılmayacaq? - MÜZAKİRƏ

Evin tək uşağı əsgərliyə aparılmayacaq? - MÜZAKİRƏ
Bütün Xəbərlər
00:29 16.11.2011
3518

Bəlli olduğu kimi, parlamentin bu gün keçirilən iclasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Millət vəkilləri ailənin tək övladı olan kişilərin, həmçinin tənha anaların övladlarının hərbi xidmətə çağırılmaması təklifini səsləndiriblər. Millət vəkili Fazil Mustafa ailənin tək övladı olan oğlanların hərbi xidmətə çağırılmamasını təklif edib. Deputat Elmira Axundova isə Fazil Mustafanın təklifinə dəstək verərək qanuna əlavələrin də müzakirə olunması fikrini irəli sürüb. Onun fikrincə, tənha anaların övladlarının da hərbi xidmətdən azad olunması məqsədəuyğundur. Deputat Qüdrət Həsənquliyev isə ailənin tək oğlanları və tək övladlarının hərbi xidmətdən azad olunmasını yolverilməz sayır. O, hazırda ailələrin böyük əksəriyyətinin tək oğlan və yaxud tək övlad olaraq planlaşdırıldığını əsas gətirərək, bu zaman ordunun kompleksləşdirilməsində çətinliklərin ortaya çıxacağını söyləyib. Öz növbəsində parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, Milli Məclis, Müdafiə Nazirliyi və Prezident Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və bunun nəticəsi olaraq dəyişikliklər müzakirəyə çıxarılacaq. İndiki qanunvericilikdə isə ailənin tək övladı da həqiqi hərbi xidmətə çağırılır. Müzakirələrdən sonra “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna texniki dəyişikliklər qəbul edilib. ANS-in çəkiliş qrupu bu məsələ ilə bağlı şəhər sakinləri arasında kiçik sorğu keçirib. Şəhər sakinlərinin fikirləri müxtəlif olub. Məsələn, Aydın Əhmədzadə tək övladların həqiqi hərbi xidmətdən azad edilməsini müsbət sayır. Onun fikrincə, belə bir dəyişiklik edilsə, yaxşı olardı. Rüfət Səmədov adlı gənc isə deyir ki, əgər orduya göndərilən gəncin valideynlərinin biri, daha doğrusu atası yoxdursa, onu orduya getməkdən azad etmək lazımdır: “Yox əgər orduya göndərilən gəncin valideynləri varsa, o mütləq hərbi xidmətə getməlidir”. Hərbi ekspert Cəsur Sümərinli isə hesab edir ki, bu təkliflərin qəbul olunması Azərbaycanda həqiqi hərbi xidmətə çağırış prosesini daha da təkmilləşdirə bilər. Belə ki, bir çox qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da hərbi xidmət tədricən könüllü xarakter alar. Onun sözlərinə görə, bu dəyişikliklər normal haldır. C.Sümərinli həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycanda könüllü hərbi xidmətə keçmək mümkün olacaq. Azərbaycanın hərbi büdcəsinin 3 milyard manata çatmasını buna imkan verdiyini deyən hərbi ekspert bununla belə ölkənin indi müharibə şəraitində olduğunu unutmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi