Evin tək uşaqları da əsgərliyə aparılacaq

Evin tək uşaqları da əsgərliyə aparılacaq
Bütün Xəbərlər
11:58 12.01.2012
2568

Xəbər verdiyimiz kimi bir müddət bundan öncə, Milli Məclisdə “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna dəyişikliklər müzakirə edilmişdi.

Millət vəkilləri ailənin tək övladı olan kişilərin, həmçinin tənha anaların övladlarının hərbi xidmətə çağırılmaması təklifini səsləndirmişdilər.

Ancaq aradan bir xeyli müddət keçməsinə baxmayaraq hələ də, bir sıra valideynlər övladlarının taleyi barəsində Milli Məclisdən müsbət cavab ala bilməyiblər. AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün önəmli olduğunu nəzərə alaraq, məsələni aydınlaşdırmaq üçün millət vəkili Fazil Mustafaya müraciət edib. Fazil müəllim tək uşaqlılarla bağlı məsələnin milli məclisdən keçmədiyini bildirib: “Qanun qəbul edilmədi. Biz çox çalışdıqki bu qanuna dəyişiklik edilsin. Bu təklifi biz vermişdik. Amma bu təklifi verən deputatların fikri məqbul sayılmadı”.

OXŞAR XƏBƏRLƏR